Aparıcı sərnişindaşıma şirkəti olan “BakuBus”a həvalə edilmiş Hava limanı ekspress marşrut xətti (H1 – Airport Ekspres) şəhərimizə səfər edən sərnişinlərimizə yüksək keyfiyyətli sərnişindaşıma xidmətlərini təklif edir.
Marşrut xəttinə xüsusi dizayn edilmiş, müasir sərnişindaşıma tələblərinə cavab verən “Neoplan” markalı avtobuslar xidmət göstərir. Avtobuslarda limitsiz baqaj imkanları mövcuddur, soyuducu və xüsusi məlumatlandırma monitorları ilə təchiz edilmişdir.
Marşrut xətti Heydər Əliyev adına Beynəlxalq Hava limanı ilə şəhərin mərkəzini əlaqələndirir və Hava Limanı – “Koroğlu” HUB – “28 may” metrostansiyası marşrutu üzrə hərəkət edir.
25 dəqiqəlik intervala malik H1 xətti üzrə səyahət müddəti 60 dəqiqə təşkil edir.
Marşrut xəttində gediş haqqı 1,3 manat təşkil edir. Ödəniş Hava limanında quraşdırılmış xüsusi aparatlar vasitəsilə əldə oluna bilən “BakıKart” kartları, eyni zamanda “m10” və “Birbank” mobil tətbiqləri vasitəsilə həyata keçirilir.